Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/3799
Title: Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə şəxsiyyət pozuntuları
Authors: İsmayilova, Qədəmli
Keywords: Şəkərli diabet
şəxsiyyət pozuntuları
Issue Date: 2018
Abstract: Dissertasiya işi giriş, 3 fəsil, nəticə, ədəbiyyat siyahısı və mövzuya dair əlavələrdən ibarətdir. Giriş hissəsində şəkərli diabet xəstəliyinin və şəxsiyyət pozuntusunun aktuallığı, mövzu ilə bağlı aparılan müzakirələr və əldə edilən məlumatlar verilmişdir. Birinci fəsildə şəkərli diabet xəstəliyinin tarixi, tibbi təsviri, Azərbaycanda və dünyada artım faizləri, təsnifatı və psixoloji amillərin xəstəliyin gedişinə təsir edərək yaratdığı psixoloji pozuntulardan bəhs edilmişdir. İkinci fəsildə ümumilikdə şəxsiyyətə verilən təriflərə və yaradılan nəzəriyyələrə yer verilmiş, şəxsiyyət tipləri, fərd və şəxsiyyət anlayışının fərqləri haqqında məlumatlar öz əksini tapmışdır. Bu fəsildə şəkərli diabet xəstələrində şəxsiyyət pozuntusunun müxtəlif istiqamətlərdə araşdırılması, əlamətləri və “mən-obraz”da meydana çıxan pozuntular sistemli şəkildə öyrənilmişdir. Üçüncü fəsildə şəkərli diabetdən əziyyət çəkən xəstələrdə şəxsiyyət pozuntularının eksperimental-psixoloji tədqiqi və nəticələrin kliniki-psixoloji, riyazi-statistik təhlili verilmişdir. Bu fəsildə tədqiqatın strukturu, tədqiqat iştirakçıları, tədqiqatda istifadə olunmuş metodikalar, alınan nəticələrin təhlili öz əksini tapmışdır.
URI: http://hdl.handle.net/20.500.12323/3799
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
İsmayilova Qədəmli.pdf1.08 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.