Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8394
Title: Qeybət, Dedi-Qodu və Şayiə: Sosial-Mədəni Münasibət və Kimlik Dinamikası
Other Titles: Gossip, Rumors, and Hearsay: Socio-Cultural Relations and Identity Dynamics
Authors: Bayat, Füzuli
Keywords: Qeybət
Dedi-qodu
Şayiə
Sosioloji funksiya
Psixoloji təsir
Şəhər folkloru
Issue Date: 2025
Series/Report no.: Vol. 1;MAFİ The Journal of Folklore and Cultural Anthropology, № 1
Abstract: Bu məqalə, müasir Azərbaycan folklorşünaslıqda diqqətdən kənarda qalmış və çox az tədqiq edilmiş janrlardan biri olan qeybət, dedi-qodu və şayiənin sosial-mədəni funksiyalarını və kimlik dinamikasındakı rolunu araşdırır. İlk olaraq, bu anlayışların mahiyyəti və sosial münasibətlər sistemindəki funksiyaları müəyyən edilir. Daha sonra tarixi perspektivdən din və mifologiyanın qeybət və dedi-qoduya münasibəti incələnir, bu fenomenlərin mənəvi-etik çərçivədə necə dəyərləndirildiyi araşdırılır və onların folklor kontekstində, xalq ədəbiyyatı janrlarında, özəlliklə də müasir şəhər folklorunun atalar sözləri, lətifələr və əfsanələr kimi janrlarında necə əks olunduğu təhlil edilir. Məqalədə, həmçinin, müasir cəmiyyətdə qeybət, dedi-qodu və şayiənin funksiyaları, onların sosial media və informasiya texnologiyalarının təsiri altında transformasiyası və yayılma dinamikası analiz edilir. Fəlsəfi və psixoloji, sosioloji və folklorik aspektlərdən təhlil edilən bu anlayışların insan davranışlarına və sosial münasibətlərə təsiri araşdırılır. Tez-tez bir-birinin sinonimi kimi işlədilən qeybət, dedi-qodu və şayiə, əslində, həm məzmun, həm də funksional baxımdan fərqlənir. Məqalədə bu anlayışların arasındakı oxşarlıqlar və fərqlər müqayisəli yanaşma əsasında təhlil edilərək onların sosial münasibətlərdə oynadığı fərqli rollar ortaya qoyulur. Bu fenomenlərin, bir tərəfdən, qrup kimliyinin formalaşmasında və sosial münasibətlərin möhkəmlənməsində vasitəçi rol oynadığı, digər tərəfdən isə manipulyasiya, informasiya təhrifləri və sosial konfliktlərə səbəb ola biləcəyi vurğulanır. Məqalədə araşdırılan bir önəmli məsələ də qeybət, dedi-qodu və şayiənin yalnız mənfi fenomenlər olmadığını, eyni zamanda sosial inteqrasiya və informasiya mübadiləsini sürətləndirən ünsiyyət formaları kimi də çıxış edə biləcəyini göstərməkdir. Məqalə, bu anlayışların sosial və mədəni strukturlar içərisində zamanla necə dəyişdiyini və müxtəlif cəmiyyətlərdə fərqli məna çalarları qazandığını araşdıraraq, onların şəhər folklorundakı rolunu geniş bir perspektivdən təqdim edir. Məqalədə sosioloji yanaşma, folkloristik analiz, fəlsəfi və psixoloji təhlil və müqayisəli-tarixi metoddan istifadə edilmişdir.
URI: http://hdl.handle.net/20.500.12323/8394
Appears in Collections:2025, Vol. 1, № 1

Files in This Item:
File Description SizeFormat 
Füzuli BAYAT.pdf495.08 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.