Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/8246
Title: Seçilmiş əsərlər. I cild (1973-1984-cü illər)
Other Titles: Избранные труды I том (1973-1984 гг.)
Authors: Qurbanov, Maqsud Rüstəm oğlu
Issue Date: 2022
Publisher: Elm
Abstract: Monoqrafiyada müəllifin 1973-1984-cü illərdə çap edilmiş və Vİ-NİTİ-də (ВИНИТИ, Москва) depozitə qoyulmuş elmi əsərləri işıq üzü görmüşdür. Kitab iki bölmədən ibarətdir. Birinci bölmədə Abşeron ya-rımadasına introduksiya olunmuş bitkilərin bioekoloji xüsusiyyətləri, toxumla çoxaldılması, torpaq eroziyasına qarşı mübarizədə istifadə edilməsi, boyatma dinamikası, fenologiyası, vegetativ çoxaldılması, kök sistemi, toxumşünaslığı, mühafizəsi, toxum keyfiyyəti, toxumların rent-genoloji analizi, erkən diaqnostikası, müxtəlif ploidliyi, xəstəlikləri, bioloji aktiv maddələrin toxum keyfiyyətinə təsiri, toxum keyfiyyətinin çətirdaxili müxtəlifliyi, toxumların rentgeno-morfoloji analizinin uni-versal təsnifatı, reproduksiyası, meyvəvermə xüsusiyyətləri, rentgenoq-rafiya metodu, introduksiyasının kompleks qiymətləndirilməsi və s. ba-rədəki məqalə və tezisləri yer almışdır. Ikinci bölmədə isə oduncaqlı bitkilərin introduksiyası zamanı toxum keyfiyyətinin yüksəldilməsinin eksperimental metodlarına həsr edilmiş və VİNİTİ-də (Москва, 1984) depozitə qoyulmuş monoqrafiyanın məzmunu verilmişdir. Kitab geniş profilli botaniklər, introduktorlar, fizioloqlar, biomüx-təliflik mütəxəssisləri, ekoloqlar, toxumşünaslar, biologiya və dendro-logiya ixtisasları üzrə ixtisas alan ali məktəb tələbələri, maqistirləri, dissertant və doktorantları, həmçinin digər maraqlananlar üçün nəzər-də tutulmuşdur.
URI: http://hdl.handle.net/20.500.12323/8246
Appears in Collections:Monographs

Files in This Item:
File Description SizeFormat 
Maqsud Qurbanov_Seçilmiş eserleri _ I cild.pdf11.96 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.