Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7930
Title: | Akademik kommunikasiyada Azərbaycan dilinin yeri |
Authors: | Teymurlu, Zabitə Qəmbərova, Sevinc |
Keywords: | şifahi və yazılı akademik kommunikasiya Azərbaycan dili məqalə elmi jurnal |
Issue Date: | 17-Apr-2025 |
Series/Report no.: | ;Azərbaycan dili və ədəbiyyat tədrisi |
Abstract: | “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni 2020–2021-ci tədris ilindən etibarən, ali məktəblərin bütün ixtisaslarında tədris olunaraq tələbələrə akademik və işgüzar kommunikasiya üzrə təməl biliklər verir, onları müvafiq bilik və bacarıqlara yiyələndirir. Akademik kommunikasiya şifahi (mühazirə, məruzə, çıxış) və yazılı (dərs vəsaiti, monoqrafiya, dissertasiya, məqalə və s.) olmaqla iki hissəyə ayrılır. Azərbaycan dilinin elmi üslubu kifayət qədər inkişaf etdiyindən mütəxəssislər bu dildə yüksək səviyyədə akademik kommunikasiya qura bilirlər. Ali məktəblərdə istənilən ixtisas üzrə mühazirələr deyilir, elmi konfranslarda məruzələr edilir, dissertasiya və məqalələr yazılır. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda da elmi məqalələri yazıldığı dildə çap etdirmək imkanı əldə edilmişdir. Məqalədə şifahi akademik kommunikasiyanın formaları, səciyyəvi xüsusiyyətləri, bir-birindən fərqi, onlara verilən başlıca tələblər açıqlanmış, həmçinin humanitar sahələr üzrə Azərbaycan dilində ödənişsiz olaraq elmi məqalələr qəbul edən və nüfuzlu beynəlxalq bazalarda indekslənən bir neçə xarici jurnal (Türkiyə) barədə məlumat verilmişdir. Tədqiqat zamanı müşahidə, müqayisə və təsviri metodlardan istifadə edilmişdir. Araşdırma ali məktəblərdə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər, tədqiqatçılar və doktorantlar üçün faydalı ola bilər. |
URI: | http://hdl.handle.net/20.500.12323/7930 |
ISSN: | 2791-0911 (Online) |
Appears in Collections: | Publications |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Akademik kommunikasiyada Azərbaycan dilinin yeri.pdf | 1.16 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.