Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7738
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorXudiyeva, Nailə Emil qızı-
dc.date.accessioned2024-12-17T06:50:07Z-
dc.date.available2024-12-17T06:50:07Z-
dc.date.issued2023-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/7738-
dc.description.abstractDissertasiya işinin əsas məqsədi, sosial fobiya və internet asılılığı fenomenlərinin araşdırılması, onları şərtləndirən amillər sisteminin müəyyən olunması və gənclərdə sosial fobiya ilə internet asılılığı arasındakı əlaqənin tədqiqindən ibarətdir. Tədqiqatın obyekti-Gənclərdə sosial fobiya ilə internet asılılığı arasındakı əlaqədir. Tədqiqatın predmeti. Gənclərdə sosial fobiya ilə internet asılılığının təzahür xüsusiyyətlərinin öyrənilməsi və onlar arasındakı əlaqənin tədqiqi təşkil edir. Tədqiqat işi ümumi şəkildə- giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat və əlavələrdən ibarətdir. Dissertasiya işinin giriş hissəsində internet asılılığı və sosial fobiya probleminin bir-biri ilə olan təsir və əlaqəsi təhlil edilmişdir, mövzunun aktuallığı, obyekti və predmeti, eyni zamanda tədqiqatın məqsəd və vəzifələri ön plana verilmişdir. Birinci fəsildə sosial fobiya pozuntusunun əsas mahiyyəti və diaqnostik meyarları ətraflı şəkildə təhlil olunmuşdur. Bundan əlavə, sosial fobiyanın əsas xüsusiyyətləri və insanlarda bu problemin yaranmasına gətirib çıxaran faktorlar ayrılıqda ön plana çıxarılaraq, geniş şəkildə izah edilmişdir. Həmçinin sosial fobiya fonemeni ilə bağlı nəzəriyyə və əsas konsepsiyalar nəzərdən keçirilmişdir. Ən əsasıda sosial fobiyanın insanın həyatına təsir edərək yaratdığı problem və çətinliklər ilə bağlı məlumat öz əksini tapır. İkinci fəsildə internet asılılığı addiktiv davranışın bir növü kimi təzahür xüsusuiyyətləri nəzərdən keçirilmişdir. Bununla bərabər internet asılılığın yaranma səbəbləri ilə bağlı müxtəlif yanaşmalara nəzər yetirilmiş və bir-birilərində olan fərqliliklər ön plana çıxarılmışdır. Həmçinin sosial fobiya pozuntusu ilə internet asılılıq problemi arasındakı əlaqənin tədqiqi ilə bağlı araşdırmalar təhlil edilmişdir. Dissertasiya işinin üçüncü fəslində 202 nəfər gənclə sosial fobiya ilə internet asılılığı arasındakı əlaqəyə dair müxtəlif tədqiqatlar araşdırılmış və fərziyyələr sübut olunmuşdur. Tədqiqatda 110 nəfər qadın, 92 nəfər kişi olmaqla Xəzər Universiteti və Bakı Dövlət Universitetində aparılmışdır. Tədqiqat nəticələrinin riyazi-statistik olaraq təhlilini aparmaq üçün SPSS proqramından istifadə edilmişdir. Belə ki, tədqiqatdan əldə edilən nəticəyə görə gənclərdə sosial fobiya ilə internet asılılığı arasında əlaqə olduğu müəyyən olunmuşdur.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectsosial fobiyaen_US
dc.subjectsosial asılılıqen_US
dc.subjectinternet asılılığıen_US
dc.titleGənclərdə sosial fobiya ilə internet asılılığı arasındakı əlaqənin öyrənilməsien_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.