Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7647
Title: Əkizlərdə özünüqiymətləndirmə və şəxsiyyətlərarası münasibətlərin təhlili
Authors: Bədəlova, Məleykə
Keywords: özünüqiymətləndirmə
Əkizlərin psixoloji portreti
Issue Date: 2024
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Əkizlərin dünyaya gəlməsi adətən ailələrdə böyük sevinclə qarşılanır. Üstəlik, bu əkizlər eyni əkizdirsə, bir-birinə bənzəyirlərsə, ətrafdakı insanların marağına səbəb olurlar. Doğrudur, əkiz uşaq sahibi olmaq asan deyil. Çünki əkiz uşaq dünyaya gətirmək üçün yaxın keçmişdə valideynlərdən ən azı birinin əkiz uşaqları olmalıdır. İkinci halda isə, valideynlər süni mayalanma sayəsində əkiz uşaq sahibi olurlar. Əkiz uşaqlarda gecikmiş şəxsiyyət inkişafına rastlamaq olur. Əkizlər çox vaxt öz aralarında fərqli funksiyaları və qabiliyyətləri ilə fərqlənirlər. Məsələn, əkizlərdən biri digər insanlarla ünsiyyət qurmağı sevdiyi halda digəri isə ümumiyyətlə ünsiyyət qurmağı sevməyə bilər. Özlərini vahid və bölünməz bir bütöv hesab edən əkizlər, bir insanın müvafiq bacarıqlara yiyələnməsinin kifayət etdiyinə inanır. Əkiz cütlüyündə rolların sabit paylanması həyat boyu davam edə bilər və yetkinlik dövründə sosial uyğunsuzluğa səbəb ola bilər. Əkiz uşaqların inkişafında əlaqələr və mühitlər çox önəmlidir. Bu mühitlər və onların təsirləri əkiz uşaqların şəxsi, sosial və akademik inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Əkiz uşaqların inkişafında əsas rolu ailə oynayır. Ailə üzvlərinin münasibətləri, ailə quruluşu və ailənin sosial-iqtisadi vəziyyəti əkiz uşaqların inkişafına birbaşa təsir göstərir. Ailənin dəstəyi, sevgisi və qayğısı əkiz uşaqların emosional və sosial inkişafında mühüm rol oynayır. Valideynlərin əkiz uşaqlarına bərabər diqqət və qayğı göstərmələri vacibdir.Dissertasiya işində Əkizlərdə özünüqiymətləndirmə və şəxsiyyətlərarası münasibətlərin təhlili araşdırılmışdır.
Description: Fakultə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament:Psixologiya İxtisas:Ümumi psixologiya Elmi rəhbər:Psixologiya üzrə fəlsəfə doktoru, Diyanə İbrahimova
URI: http://hdl.handle.net/20.500.12323/7647
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.