Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7646
Title: Psixoaktiv maddə istifadəçilərində depressiya və təşvişin aradan qaldırılmasında psixoterapiyaların rolu
Authors: Balakişiyeva, Nigar Əhliman qızı
Keywords: psixoaktiv maddə asılılığı
Issue Date: 2024
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Psixoaktiv maddə istifadəçilərində əksər hallarda yanaşı olaraq depressiya və təşviş pozuntusu yaranmaqdadır. Maddə istifadəsinin artımı bu pozuntuların səviyyəsinin də artmasına gətirib çıxarır. Depressiya və təşviş pozuntusunun simptomları şəxsə maddə istifadəsini dayandırmaq üçün çətinliklər törədir. Buna görə də psixoaktiv maddə asılılığından, eyni zamanda maddə istifadəsinə bağlı olaraq yaranan depressiya və təşviş pozuntusundan əziyyət çəkən şəxslərin reabilitasiya prosesində psixoterapiyalar tətbiq edilməkdədir. Tədqiqat Respublika Narkoloji Mərkəzində keçirilmişdir. Beləliklə, apardığımız tədqiqata görə sosial-demoqrafik göstəricilərin nəticəsinə uyğun olaraq tədqiqata cəlb olunan respondentlər arasında psixoaktiv maddə istifadəsinin müddəti, araşdırılan psixi pozuntuların dərəcəsi statistik olaraq hesablanmışdır. Bu şəxslərdə əsasən ailədaxili problemlər və dost qrupu ilə əlaqədar olaraq psixoaktiv maddə istifadəsinə erkən yaşda başlanılmışdır. Psixoaktiv maddələrdən asılı olan şəxslərin şəxsi sosial demoqrafik göstəricilərinə görə 100 nəfər arasında onlar ən az bir il müddətində psixoaktiv maddə istifadə etmiş və bu istifadə nəticəsində orta və ağır dərəcədə psixi pozuntular yaranmışdır. Tədqiqat işinin əsas məqsədi psixoterapiya tətbiqi ilə depressiya və təşviş pozuntusunda sağalmanı sürətləndirmə olsa da, biz burada depressiya və təşviş pozuntusunun səviyyəsini ölçməliyik. Bu səviyyəni ölçməkdə əsas məqsədimiz xəstələrin psixoterapiyadan əvvəl və sonrakı vəziyyətlərini dəyərləndirməkdir. Tədqiqatda 20-30 yaş arası 115 psixoaktiv maddə asılılığından əziyyət çəkən pasiyent iştirak etmişdir. Beləliklə, apardığımız eksperimental tədqiqatın nəticəsinə görə tədqiqat qrupunda tətbiq olunan psixoterapiyalar nəticəsində psixi pozuntuların dərəcəsində azalmalar müşahidə edildi. Kontrol qrupunda isə psixi pozuntuların dərəcəsi olduğu kimi qaldı yaxud artış göstərdi. Bu da bizim əsas fərziyyəmizin özünü doğrultduğunu bir daha sübut etdi. Tədqiqat zamanı nəticələrin təhlili irəli sürdüyümüz əsas fərziyyənin statistik olaraq əhəmiyyətli olduğunu təyin etmiş olur. Belə ki, tədqiqat işinin köməkçi fərziyyələrində statistik dürüstlük ödənilmir.
Description: Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: Psixologiya üzrə fəlsəfə doktoru Verdiyeva Ləman Əşrəf qızı
URI: http://hdl.handle.net/20.500.12323/7646
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.