Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7645
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorCavadlı, Lətifə Akif qızı-
dc.date.accessioned2024-09-25T06:23:09Z-
dc.date.available2024-09-25T06:23:09Z-
dc.date.issued2024-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/7645-
dc.descriptionFakültə: Təbiət Elmləri, Sənət Və Texnologiya Yüksək Təhsil Fakültəsi Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: Tibb üzrə fəlsəfə doktoru, dosent Manuçehri- Lalei Araz Ali-Hüseyn Məsləhətçi: Aydan Mahir qızı Xasməmmədzadəen_US
dc.description.abstractTədqiqatın obyekti 18-45 yaş aralığında yüksək çəkiyə malik kişi və qadınlardır. Tədqiqatın məqsədi endokrinoloqa müraciət edən yüksək çəkili insanlarda depressiya və həyat məmnunluğunun tədqiq edilməsidir. Tədqiqatın əsas fərziyyəsi budur: yüksək çəki koqnitiv funksiyalar üzərində neqativ təsirlərə səbəb olur və depressiya kimi önəmli sağlamlıq problemi ilə yaxından əlaqədardır. Yüksək çəki və depressiv ruh halı fərdlərdə həyat məmnunluğunun enməsinə səbəb olur. Bu baxımdan yüksək çəki və depressiyadan əziyyət çəkən, bu səbəbdən həyat məmnunluğu azalan insanların psixoloji reabilitasiyaya məruz qalaraq “sağalması”, həyata qayıtması, yenidən iş qabiliyyətinin bərpa edilməsi, ünsiyyət səviyyəsinin artması mümkündür. Tədqiqatda aşağıdakı nəticələr əldə edilmişdir: yüksək çəki ilə depressiya arasında əlaqə mövcuddur; tədqiqata cəlb edilənlərin həyat məmnunluğu və depressiya səviyyələri ilə onların boy, çəki və yaş kimi müstəqil dəyişənləri ilə aralarında müəyyən dərəcəli fərqlər var; qadın və kişilərin həyat məmnunluğu və depressiya səviyyəsi arasında mənalı bir fərq var. Digər tərəfdən isə qadınların həyat məmnunluğu və depressiyaya meyillilikləri isə variasiya analizinə baxdıqda kişilərdən fərqləndiyini müşahidə edirik. Maraqlı faktdır ki, qadınlarda depressiyaya meyillilik variasiyası kişilərdən daha çoxdur, yəni bu o deməkdir ki, qadınlar kişlərdən daha çox depressiyaya düşməyə meyillidir. Digər maraqlı nəticə isə odur ki, həyat məmnunluğu kişilərdə qadınlara nisbətən daha çoxdur. Göstəricilərə əsasən deyə bilərik ki, kişilərin öz həyatlarından məmnun qalması qadınlarla müqayisədə daha asandır. Görünən odur ki, qadınların depressiyaya meyilli olmasının elə əsas səbəbi də budur; tədqiqat iştirakçılarının artıq çəkidə olmaları öz çəkilərindən asılı olaraq həyat məmnunluğuna təsir edir və onun dəyişməsinə səbəb olur. Onların həyat məmnunluğu kənar fatorlardan və depressiyadan asılı olaraq dəyişir; artıq çəkili tədqiqat iştirakçılarının həyatdan məmnunluğu yaş səviyyəsinin az və ya çox olmasından mütləq asılı deyil, həmçinin belə bir asılılığın olmaması əhəmiyyətlilik əmsalını ödəmədiyi üçün də nəzərə alınmır. Görünən odur ki, artıq çəkili insanların həyat məmnunluğunun aşağı və ya yuxarı olması onların yaşından deyil, yaşadıqları emosional pozuntu ilə əlaqədardır. Bu nəticələri qrupların məna ortalamasına baxdıqda anlamaq olur, lakin diqqəti çəkən 39 yaşdan aşağı və yuxarı olan qrupların məna ortalamasıdır ki, standart yayınma 39 yaşdan aşağı olan qruplarda daha çoxdur. Bu nəticənin izahını isə belə verə bilərik ki, 39 yaşdan aşağı olan qrupların həyat məmnunluğuna bəslədikləri münasibət daha yüksəkdir, yəni artıq çəkidə olmaları yuxarı yaş səviyyəsinə malik olanlarla müqayisədə onları daha çox narahat edir.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectB'd'n imicien_US
dc.subjectdepressiyaen_US
dc.titleEndokrinoloqa müraciət edən yüksək çəkili insanlarda depressiya və həyat məmnunluğunun tədqiqien_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.