Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/3805
Title: Azərbaycanda infertil qadınlarda təşviş və depressiya səviyyəsinin və bunlara təsir edən faktorların araşdırılması
Authors: Musayeva, Nigar
Keywords: İnfertillik
Issue Date: 2018
Abstract: Dissertasiya işi giriş, 4 fəsil, eləcə də yarımfəsillər daxil olmaqla, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Giriş hissə dünya və Azərbaycanda infertillik və onun psixoloji tərəflərinin aktuallığı, statistik göstəricilər, tədqiqat mövzusunun işlənmə səviyyəsi, tədqiqatın obyekti, predmeti, fərziyyələri, məqsədi, vəzifələri, tədqiqat zamanı istifadə olunan metodikalar, tədqiqatın elmi əhəmiyyəti və elmi yeniliyindən ibarətdir. Birinci fəsildə infertilliyin tarixi, yayılma sıxlığı, ölkəmizdə və dünyada infertilliyin yaranma səbəblərindən bəhs edilmişdir. İkinci fəsildə infertilliyin evlilik, cinsi həyat, ailədaxili və sosial münasibətlərə təsirindən bəhs edilmiş, eyni zamanda yaratdığı psixoloji problemlər haqqında ümumi məlumatlara yer ayrılmışdır. Üçüncü fəsildə infertilliyin müalicə müddəti və bu zaman yaranan psixoloji problemlər haqqında məlumat verilmişdir. Müalicə müddətinin cinsi həyata təsiri, bu dövrün səbəb olduğu təşviş, depressiya göstəriciləri ilə infertillik arasındakı əlaqədə gender fərqi, klinik müalicə və reabilitasiya haqqında məlumatlar bu fəsildə toplanmışdır. Dördüncü fəsildə Azərbaycanda infertil qadınlarda depressiya və təşviş səviyyəsinin və bunlara təsir edən faktorların araşdırılmasının eksperimental tədqiqinə yer verilmişdir. Burada tədqiqat iştirakçıları, istifadə edilən metodikalar, tədqiqatın strukturu və alınan nəticələrin təhlili qeyd edilmişdir.
URI: http://hdl.handle.net/20.500.12323/3805
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Musayeva Nigar.pdf2.85 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.