Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/3801
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorHəcəmova, Zeynəb-
dc.date.accessioned2018-07-11T08:53:16Z-
dc.date.available2018-07-11T08:53:16Z-
dc.date.issued2018-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/3801-
dc.description.abstractDissertasiya işi giriş, 3 fəsil, nəticə, ədəbiyyat siyahısı və mövzuya dair edilən əlavələrdən ibarətdir. Giriş hissəsində kiçik məktəb yaşının psixoloji, fizioloji xüsusiyyətləri geniş şərh edilmişdir. Kiçik məktəb yaşı dövrünün əlamətlərinə də xüsusi yer ayrılmışdır. Müxtəlif yaş dövrlərində təlim prosesinin uşaqların inkişafındakı aktual rolu xüsusi vurğulanmışdır. Bundan başqa uşaqlarda, habelə kiçik məktəb yaşlı uşaqlarda təlim motivlərinin inkişafına təsir göstərən amillər və onların psixoloji xarakteristikası təhlil edilmiş və qeyd olunmuşdur. Motivasiya, fizioloji mənşəli motivlər və insani impulslar haqqında məlumat verilmişdir. Mövzuya dair bir sıra müəlliflərin və alimlərin fikirlərinə istinad edilmişdir. Dissertasiya işinin birinci fəsilində motivasiya və motiv anlayışları geniş şərh edilmiş, motivlərin növləri, məzmunu və tədris prosesində xüsusi əhəmiyyət kəsb edən motivlər haqqında ətraflı məlumat verilmişdir. Həmçinin bu hissədə kiçik məktəblilərdə təlim motivlərinın inkişafında ziddiyyət təşkil edən məsələlər və idrak fəaliyyətindəki problemlərin təhlilinə də yer ayrılmışdır. Dissertasiya işinin ikinci fəsilində kiçik məktəbyaşlı uşaqlarda təlim motivlərinin təşəkkülü, ona təsir göstərən faktorlar və inkişafı məsələlərinə yer ayrılmışdır. Təlim motivlərinin inkişafında məktəbin və ailənin rolu təhlil edilmiş, ilk dəfə olaraq uşaqların motivasiya edilməsi yolları açıqlanmışdır. Kiçik məktəbyaşlı uşaqlarda və ümumiyyətlə təhsil sistemində təlim motivlərinin inkişaf etdirilməsi və təlim prosesinin daha da təkmilləşdirilməsi məqsədilə dərs rejimində fəal və interaktiv təlim metodlarından istifadənin zəruriliyi xüsusi vurğulanmışdır. Dissertasiya işinin üçüncü fəsilində mövzuya dair müxtəlif metodlarla aparılan təcrübələrin təhliliverilmişdir. Bu hissədə tədqiqat iştirakçıları, tədqiqatın strukturu, tədqiqatda istifadə olunmuş metodlar və alınan nəticələrin təhlili haqqında məlumatlar öz əksini tapmışdır.en
dc.language.isootheren
dc.subjectKiçik məktəblilərdə təlim motivlərien
dc.titleKiçik məktəblilərdə təlim motivasiyasının yaranmasına təsir göstərən amillərin psixoloji təhlilien
dc.typeThesisen
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Həcəmova Zeynəb.pdf1.42 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.